Gürcüstanda çörəyin qiyməti yenidən artıb.
Bəzi mağazalarda çörək növündən asılı olaraq 10 tetridən 20 tetriyədək bahalanıb.
Gürcüstanın Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidze kütləvi istehsal edilən çörəyin qiymətinin qalxmasını zəruri hal adlandırıb.
M.Dolidze bildirib ki, çörəkbişirmədə istifadə olunan bütün komponentlərin qiyməti artıb. Eyni zamanda, Rusiyadan ölkəyə gətirilən un da davam edən müharibə fonunda 64 laridən 75 lariyə qədər yüksəlib. Buğdanın qiyməti isə dünya bazarında 450 dollara çatıb.
“Bununla belə may ayına kimi məhsulun qiymətini artırmayacağıq. Əgər bu tendensiya davam edərsə, may ayından çörəyin qiyməti 20 tetri bahalaşacaq", - deyə M.Dolidze vurğulayıb.
Tehsil-press.az