Vladimir Putin enerji ixracını Cənubda və Şərqdə sürətlə inkişaf edən bazarlara yönəltməyi tapşırıb

Vladimir Putin enerji ixracını Cənubda və Şərqdə sürətlə inkişaf edən bazarlara yönəltməyi tapşırıb Rusiya enerji daşıyıcılarının Qərb ölkələrinə ixracı getdikcə azalacaq. Bunun üçün enerji daşıyıcılarının satışını digər bazarlara yönəltmək lazımdır.
Rusiya Prezidenti Vladimir Putin neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə belə tapşırıq verib.
V.Putinin sözlərinə görə, enerji ixracı Cənubda və Şərqdə sürətlə inkişaf edən bazalara yönəlməlidir. “Bunun üçün yaxın vaxtlarda əsas infrastruktur obyektlərini müəyyən etmək və onların inşasına başlamaq lazımdır”, - deyə Rusiya rəhbəri bildirib.
V.Putin, həmçinin Rusiya valyuta bazarını milli valyuta ilə hesablaşmalara hazırlamağı tapşırıb. Onun sözlərinə görə, bu, strateji vəzifədir.

Tehsil-press.az


Oxşar xəbərlər