Putini ən yaxın dostu adlandırdı - Video

Putini ən yaxın dostu adlandırdı - Video Bu gün Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikası sədri Si Cinpin arasında görüş olub.
Görüş zamanı ÇXR sədri Rusiya Federasiyası Prezidentini ən yaxın dostu adlandırıb.
Si Cinpinin sözlərinə görə, onlar bir-biri ilə sıx işgüzar əlaqələr, eləcə də dərin dostluq münasibəti yarartmağa müvəffəq olublar. ÇXR sədri qeyd edib ki, altı il ərzində o, Rusiya Prezidenti ilə təxminən otuz dəfə görüşüb.
“Rusiya mənim ən çox getdiyim xarici ölkədir, Prezident Putin isə mənim ən yaxın dostum və yaxşı həmkarımdır”, - deyə S. Cinpin bildirib.
Vladimir Putin isə, öz növbəsində, Çinin Moskva zooparkına verdiyi iki pandanı Rusiyaya olan xüsusi dostluq və etibarlılıq göstərici kimi qiymətləndirib. Rusiya başçısı qeyd edib ki, sözügedən heyvan Çinin milli simvoludur və bildirib ki, “Biz dostluğun belə bir jestini yüksək qiymətləndiririk”.

Tehsil-press.az

Oxşar xəbərlər