Rusiya Prezidenti Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün xarici iqtisadi fəaliyyət sahəsində xüsusi tədbirlər haqqında fərman imzalayıb.
Rusiya dövlət başçısı dekabrın 31-dək ölkə hüdudlarından kənara məhsulların və xammalın ixracına qadağa qoyulmasını tapşırıb ki, bu qadağaların siyahısı hökumət tərəfindən müəyyən ediləcək.
Fərmana əsasən, bu tədbirlər Rusiya vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən şəxsi istifadə üçün Rusiyadan ixrac edilən və ya ölkəyə gətirilən məhsullara və xammala şamil edilməyəcək.
Putin həmçinin hökumətə iki gün ərzində bəzi məhsulların ixracının qadağan olunacağı xarici ölkələrin siyahısını müəyyən etməyi tapşırıb.
Tehsil-press.az