UNEC-də konfrans: Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı

UNEC-də konfrans: Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mayın 6-da “Azərbaycanda milli iqtisadi sistemin formalaşması və inkişafı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransda “Azərbaycanın milli inkişaf modeli”, “Maliyyə, bank, mühasibat və audit sisteminin inkişaf modeli”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı”, “Azərbaycanda intellektual və yaradıcılıq potensialın inkişafı”, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: imkanlar və perspektivlər” mövzularında bölmə iclasları, həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab sərgisi təşkil ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər