BDU-da Ümummilli Liderə həsr olunan Respublika virtual elmi konfransı keçirilib

BDU-da Ümummilli Liderə həsr olunan Respublika virtual elmi konfransı keçirilib Mayın 7-də Bakı Dövlət Universitetində (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.
Konfransda universitetin rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb.
Daha sonra Milli Məclisin deputatları - AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Musa Qasımlı “Heydər Əliyev: Azərbaycan Respublikasının xarici siyasəti”, BDU-nun Türk filologiyası kafedrasının professoru, Jalə Əliyeva “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, BDU-nun Genetika kafedrasının müdiri, professor Kamilə Əliyeva “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov “Türk-müsəlman dünyasının böyük lideri Heydər Əliyev”, Cavid Osmanov “Heydər Əliyev və Azərbaycan Parlamenti”, habelə YAP Gənclər Birliyinin sədri Seymur Orucov “Heydər Əliyev: Azərbaycanda dövlət gənclər siyasəti”, BDU-nun Tarix fakültəsinin professorları İbrahim Zeynalov “Heydər Əliyev: Azərbaycanın sosial-iqtisadı inkişafı arxiv materialları əsasında”, İradə Hüseynova “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Qabil Əliyev “Heydər Əliyev və Azərbaycanın dünya birliyinə inteqrasiyası”, Nuru Məmmədov “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyevin xidmətləri”, BDU-nun Tarix fakültəsinin doktorantı Anar Həmidov “Heydər Əliyev siyasətində milli kadr potensialının formalaşması (XX əsrin 70-80-ci illəri)” mövzularında ətraflı çıxış ediblər.
Məruzələrdə xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunan dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Azərbaycan naminə uzaqgörənliklə atdığı addımlardan, ölkəyə qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələrdən, Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərindən geniş bəhs olunub. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açılıb. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutmasına həsr edib.
Konfransın sonunda onlayn rejimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş qısamüddətli videoçarx göstərilib.
Tədbir “Microsoft Teams” platforması üzərindən təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər