Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən intellektual yarış keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən intellektual yarış keçirilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
19 komanda arasında keçirilən virtual turniri tələbələr böyük maraq və həyəcanla izləyiblər. Yarışmada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Maliyyə və mühasibat fakültəsinin tələbələrinin təmsil olunduğu “Spice boyz” komandası qalib olub. İkinci yeri Maliyyə və mühasibat fakültəsinin tələbələrindən ibarət “Rars”, üçüncü yeri isə “Bruh moment” komandası qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər