ATMU-da elmi konfrans: Azərbaycan turizminin bu günü və gələcəyi

ATMU-da elmi konfrans: Azərbaycan turizminin bu günü və gələcəyi Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VII Respublika elmi-praktik konfransı keçirilib.
Konfransı ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov açaraq ulu öndər Heydər Əliyevin ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, bu sahənin maddi-texniki bazasının yaradılmasında fəaliyyətindən bəhs edib.
ATMU-nun rektoru konfrans iştirakçılarına uğurlar arzulayıb, turizm sahəsində yeni tədqiqatların aparılmasını tövsiyə edib.
Plenar iclasdan sonra konfrans işini 7 bölmə üzrə davam etdirib.
Konfransda ATMU, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər ali məktəblərdən gənc tədqiqatçıların ümumilikdə 86 məruzəsi dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər