İtaliya 96 minədək ukraynalını qəbul edib

İtaliya 96 minədək ukraynalını qəbul edib İtaliya ərazisinə bu vaxtadək daxil olan ukraynalı qaçqınların sayı 96 minə çatır.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkəyə ümumilikdə 95 min 952 Ukrayna vətəndaşı gəlib. Onlardan 49 min 588-i qadın, 11 min 343-ü kişi və 35 min 21-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşları əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər