Ukraynadakı gərginlik fonunda bu vaxtadək İtaliya ərazisinə daxil olan qaçqınların sayı 91 mini ötüb.
İtaliyaya, ümumilikdə 91 min 137 Ukrayna vətəndaşı gəlib. Onlardan 48 min 817-si qadın, 10 min 229-u kişi və 33 min 796-sı azyaşlıdır.
Ukrayna vətəndaşları İtaliyanın Emilia Romanya, Lombardiya, Latsio və Kampaniya regionlarında, əsasən də Milan, Roma, Neapol və Bolonya şəhərlərinə yerləşdiriliblər. Onların sayının qarşıdakı müddətdə daha da artacağı gözlənilir.
İtaliya hökuməti və yerli özünüidarəetmə orqanları tərəfindən hər bir Ukrayna vətəndaşına 300, yetkinlik yaşına çatmayanlara isə 150 avro yardım verilir.
Tehsil-press.az