İtaliyaya indiyədək 21 mindən çox Ukrayna vətəndaşı gəlib

İtaliyaya indiyədək 21 mindən çox Ukrayna vətəndaşı gəlib Rusiya-Ukrayna gərginliyi fonunda bu vaxtadək İtaliya ərazisinə 21 mindən çox ukraynalı daxil olub.
İtaliyaya ümumilikdə 21 min 95 Ukrayna vətəndaşı sığınıb. Onlardan 10 min 553-ü qadın, 1989-u kişi və 8553-ü azyaşlıdır. Əsas təyinat şəhərləri Roma, Milan, Neapol və Bolonya olub. Son sutka ərzində isə 4 min ukraynalı İtaliyaya gəlib.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2 milyondan çox ukraynalının ölkəni tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər