Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin dekanı və tələbələrin iştirakı ilə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.
Fakültənin dekanı dosent Bənövşə Məmmədova universitetlə məktəb arasındakı əlaqələrdən danışıb, mütəmadi şəkildə keçirilən tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Fakültə dekanı 295 nömrəli məktəbin şagirdlərinin bir neçə ildir ki, tələbə olaraq ADU-da təhsil aldıqlarını bildirib. Bənövşə Məmmədova məktəbin müəllim və şagird kollektivini ADU-ya dəvət edib.
Tələbələr təhsil aldıqları ixtisas dilində universitet və fakültə haqqında məlumat verib, xarici universitetlərlə əlaqələrdən, dil bilməyin əhəmiyyətindən danışıblar. İngilis dili dərslərində iştirak edən tələbələr qızların təhsildə rolu və təhsilin əhəmiyyəti ilə bağlı ingilis dilində çıxış ediblər.
Məktəbin direktoru Dilarə Cəbrayılova rəhbərlik etdiyi təhsil ocağına diqqətinə görə ADU-nun rektoru akademik Kamal Abdullaya, eləcə də universitetin kollektivinə, tələbələrə təşəkkürünü bildirib.
Tehsil-press.az