Azərbaycan Dillər Universiteti (ADU) Şamaxıda çalışan məzunları ilə görüş keçirib.
Şamaxı rayon Sabir qəsəbəsi tam orta məktəbində keçirilən görüşdə ADU-nun Dil xidmətləri təlim-tədris və karyera mərkəzinin əməkdaşları, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov, məktəbin direktoru Gülnurə Babaşova və Şamaxı Rayon Təhsil Şöbəsinin nümayəndəsi Ağakərim Ömərov iştirak ediblər.
Məzunlar üçün “Lüğətin öyrədilməsi üçün innovativ yollar” mövzusunda seminar keçirilib.
Sonda iştirakçılar ADU-nun öz məzunlarına göstərdiyi diqqətə görə universitetin rektoru akademik Kamal Abdullaya və mərkəzin əməkdaşlarına təşəkkür ediblər.
Tehsil-press.az