Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti nəticəsində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan torpaqlarımızda erməni vandalizmini, orada törədilmiş dağıntıların miqyasını biz öz gözlərimizlə gördük. Qarabağ ərazisi abidələrlə zəngindir. Burada insan cəmiyyətinin ən qədim dövrlərindən XIX əsrə qədər bütün mərhələləri əhatə edən abidələr var. Hər mərhələ bu torpaqlarda öz izini, nişanəsini qoyub.
Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda jurnalistlərə müsahibəsində deyib.
Rektor bildirib ki, işğal dövründə bu abidələrə ciddi ziyan vurulub. Hətta bəzi abidələr o qədər dağıdılıb ki, onların bərpası artıq mümkün deyil. Xüsusilə də İslam mədəniyyətinə aid abidələr tamamilə dağıdılıb. Alban mədəniyyətinə aid abidələrin üzərində dırnaqarası bərpa işləri aparılıb. Bu qanunsuz bərpa işləri nəticəsində abidələrdə dəyişikliklər edilib. Qanunsuz bərpa işlərinin məqsədi həmin abidələrin erməniləşdirilməsi idi. Artıq Qarabağda bərpa-quruculuq işləri başlanıb. Yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu işlər çox vaxt aparacaq. Lakin tələsmək olmaz, diqqətlə, ardıcıllıqla, qayğı ilə bu işlərlə məşğul olmaq lazımdır ki, irsimizin itirilən, yarıdağılmış, pis vəziyyətə salınmış hissəsini biz xalqımıza qaytara bilək. Konfransın təşkil olunmasında məqsəd də Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanılması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaqdan ibarətdir.
Tehsil-press.az