“Dünya Florensiyada” sərgisində AzMİU Şəkinin memarlıq irsini təqdim edib

“Dünya Florensiyada” sərgisində AzMİU Şəkinin memarlıq irsini təqdim edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri və tələbələri nüfuzlu “Romualdo Del Bianco” Fondu və “Life Beyond Tourism” hərəkatının təşkilatçılığı ilə onlayn formatda keçirilən “Dünya Florensiyada” adlı tədbirə qoşulub.
Fondun üzvü olan müxtəlif ölkələrin universitetlərinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd “Life Beyond Tourism” hərəkatının fəaliyyəti, “Dünya Florensiyada” adlı sərginin açılışı və AzMİU-nun təqdim etdiyi işlərin sərgilənməsi idi.
Tədbirin açılışı günü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın salamlama videoçarxı nümayiş olunub. Rektor Fondun işinə uğurlar arzulayıb, əməkdaşlığın daha da gücləndirilməsi üçün qarşıda duran perspektivlərdən danışıb.
AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri professor Səbinə Hacıyeva tədbirdə “Pandemiyadan sonra irsin qorunması: yeni tendensiyalar və yanaşmalar” mövzusunda məruzəsini təqdim edib. Həmçinin Memarlıq fakültəsinin tələbələrinin “Şəkinin mədəni və memarlıq irsi” adlı təqdimatı nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər