Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının (MOOCAO) memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIX onlayn baxış-müsabiqəsinin qalibləri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bir qrup məzununa diplomlar təqdim olunub.
Mərasimdə diplomları AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov, Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, İtaliya–Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Dizayn kafedrasının müdiri Təranə Bəkirova təqdim ediblər.
Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova qeyd edib ki, MOOSAO-nun rəhbərliyi və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə ötən ilin aprelində keçirilən onlayn müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova, Ermənistandan yüzlərlə iştirakçı qatılıb. Müsabiqədə Memarlıq fakültəsinin bakalavr və magistr səviyyəsi üzrə təhsil alan tələbələri iştirak ediblər. Onların buraxılış işləri yüksək qiymətləndirilib və MOOCAO-nun 1-ci (8 iş) və 2-ci (19 iş) dərəcəli diplomlarına layiq görülüb. Karantin qaydalarına uyğun olaraq diplomların verilməsinin ləngidiyini deyən Z.Məmmədova diplomlara layiq görülən tələbələrin artıq məzun olduqlarını bildirib. O, qalibləri təbrik edib və məzunlardan Təhmasib Mollaeyyublu və Məryəm Rəhimlinin işlərinin Moskva Memarlıq İnstitutunun əlavə diplomunu qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dekan onu da vurğulayıb ki, müsabiqəyə təqdim olunan və 1-ci dərəcəli diplomlara layiq görülən tələbələrdən Hüsniyyə Kərimova və Süsən Məlikovanın işləri işğaldan azad olunan Şuşa şəhərində abidələrin bərpası ilə bağlı olub.
Tədbirdə prorektor Akif Qasımov və professor Elbay Qasımzadə qalib tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Memarlıq fakültəsinin müəllimlərinin hazırladıqları dərsliklər, dərs vəsaitləri və s. müsabiqədə diplomlara layiq görülüb. Azərbaycan Memarlar İttifaqı da həmin müəllimləri mükafatlandırıb.
Tehsil-press.az