Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 758 namizəd ərizəsini təsdiqlədib

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 758 namizəd ərizəsini təsdiqlədib Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul elan edib. Rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak üçün namizədlərin qeydiyyatı davam edir.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 1-ci cəhdində iştirak etmək üçün mayın 5-dək, I mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün isə iyunun 1-dən 5-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu gün saat 12:30-dək olan məlumata görə, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 758 (Azərbaycan bölməsi - 634; rus bölməsi – 124) namizəd ərizəsini təsdiqlədib.
Xatırladaq ki, qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda, “Rezidentura” jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər