Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gəlib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.
Ciddənin Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Türkiyənin dövlət başçısını Məkkə valisi, şahzadə Xalid Al-Faysal qarşılayıb. Bu, 2017-ci ildən bəri Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına ilk səfəridir.
Türkiyə Prezidenti jurnalistlərə müsahibəsində bildirib ki, bu səfər iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki və mədəni əlaqələrin inkişafında yeni mərhələ olacaq. Onun sözlərinə görə, türk iş adamları krallığın iqtisadiyyatına 24 milyard dollar vəsait qoyublar. Eyni zamanda, Səudiyyə Ərəbistanı da Türkiyədə böyük investisiya layihələri həyata keçirəcək. Türkiyənin dövlət başçısı əlavə edib ki, Ər-Riyadda Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə aparacağı danışıqlarda regional təhlükəsizlik, xüsusən Körfəz regionunda sülhün və sabitliyin bərqərar olması məsələləri də müzakirə olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər