Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər