Elmi konfrans: Gənclər və elmi innovasiyalar

Elmi konfrans: Gənclər və elmi innovasiyalar Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilib.
Məqsəd gəncləri elmi yaradıcılığa cəlb etmək və elmi-tədqiqat işlərinin nəticələri barədə müzakirə aparmaqdır.
Əvvəlcə AzTU-nun foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
AzTU-nun rektoru Vilayət Vəliyev ümummilli lider Heydər Əliyevin təhsilin və elmin inkişafı istiqamətində misilsiz xidmətlərindən söhbət açıb. Tədbirin əhəmiyyətindən danışan rektor deyib ki, bu il konfransa ölkənin 45 ali təhsil müəssisəsindən 800-ə yaxın elmi məqalə təqdim olunub. Bunlardan 400-dən çoxu konfransın materiallarına daxil edilib.
Daha sonra Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımovun “Sındırma əmsalı mənfi olan metamateriallar: bəzi xassələri və tətbiqləri” və Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının assistenti Dilarə Quluzadənin “Məlumatların intellektual analizi “Big Data” təhlükəsizliyi texnologiyası kimi” mövzusunda məruzələri dinlənilib.
Konfrans öz işini 11 bölmə üzrə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər