Bakıda “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilir

Bakıda “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilir Dekabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.
Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfransı giriş sözü ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev mövzunun aktuallığını vurğulayıb. Rektor bildirib ki, iki gün davam edəcək konfransın məqsədi telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və gələcəkdə beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasından ibarətdir.
Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev və Belarus Dövlət Rabitə Akademiyasının rektoru Andrey Zeneviç çıxış ediblər.
Konfransda AzTU ilə Belarus Dövlət Rabitə Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi Vilayət Vəliyev və Andrey Zeneviç imzalayıblar.
Daha sonra konfrans işini plenar və bölmə iclasları ilə davam etdirib.

Tehsil-press.az

Oxşar xəbərlər