Azərbaycan Texniki Universitetində Respublika Elmi-Texniki Konfransının iştirakçıları mükafatlandırılıb

Azərbaycan Texniki Universitetində Respublika Elmi-Texniki Konfransının iştirakçıları mükafatlandırılıb 3-5 may 2016-cı ildə Azərbaycan Texniki Universitetində (AzTU) Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan Respublika Elmi-Texniki Konfransında iştirak edən məruzəçilərdən ən yaxşıları seçilərək mükafatlandırılıblar.
Universitetin rektoru, professor Havar Məmmədov həmin məruzəçilərlə görüşərək onları təbrik edib və mükafatçılara diplomlarını təqdim edib.
Rektor bildirib ki, konfransda 11 bölmə üzrə 556 məruzənin dinlənilməsi planlaşdırılıb. Bunlardan əksəriyyəti dinlənilib və ən yaxşılarının çap olunması tövsiyə edilib. Azərbaycan Texniki Universitetinin “Elmi əsərləri”ndə çap olunması tövsiyə edilən məruzələrdən 5-nin müəllifi universitetin özündən olan iştirakçılardır.
Konfransda kənar təşkilatlardan da məruzəçilər iştirak edib. Bunlardan da 16 məruzənin dinlənilərək çap olunması tövsiyə edilib.

AzTU-nun Mətbuat şöbəsi

Oxşar xəbərlər