Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin təqdimatı keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin təqdimatı keçirilib Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdirinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və regional idarəyə daxil olan bölgələr üzrə təhsil işçiləri iştirak ediblər.
Təqdimatdan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsinə ucadılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Təqdimat mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov regional idarələrin təşkilinin təhsil sahəsinin inkişafına verəcəyi töhfədən, qarşıya qoyulan tələblərdən danışıb.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək yeni yaradılan idarənin fəaliyyətinə uğurlar arzulayıb.
Sonda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni müdiri təyin edilən Rüfət Hacıyev çıxış edərək yüksək etimada görə təşəkkür edib və regiona daxil olan rayonların təhsilinin inkişaf etdirilməsinə çalışacağını bildirib.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinə Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər