Abşeron – Xızı, Dağlıq Şirvan, Gəncə – Daşkəsən, Qarabağ, Qazax – Tovuz, Lənkəran – Astara, Mərkəzi Aran, Mil – Muğan, Şəki – Zaqatala, Şirvan – Salyan regional təhsil idarələrinin yeni təyin olunmuş müdirlərinin təqdimat mərasimi keçirilib.
***
Abşeron-Xızı Regional Təhsil İdarəsinin təqdimat mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron, Xızı və Sumqayıt şəhər təhsil idarələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov regional təhsil idarələrinin yaradılmasının əhəmiyyətindən danışıb. Nazir müavini çıxışında hər bir ölkənin uğurlu gələcəyinin onun təhsil sahəsinin inkişafından asılı olduğunu qeyd edib.
Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil prosesinin şəhərin ictimai-siyasi həyatı ilə sıx bağlı olduğunu və bu işdə daim dəstək göstərildiyini bildirib.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni müdiri İlhamə Abdullayeva təhsil ictimaiyyətinə təqdim edilib.
Tədbirdə həmçinin Abşeron, Xızı, Sumqayıt şəhərləri üzrə şagirdlərin göstəriciləri, eləcə də respublika fənn olimpiadaları və beynəlxalq olimpiadalarda qazanılan uğurlar nümayiş olunub.
***
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdirinin təqdimat mərasimində isə təhsil nazirinin müavini İdris İsayev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonları üzrə təhsil işçiləri iştirak edib.
Tədbirdə çıxış edən İdris İsayev yeni yaradılmış regional idarələrin təhsildə keyfiyyətin daha da yüksəldilməsinə töhfə verəcəyini bildirib. Nazir müavini bu idarələrin fəaliyyətinin bölgələrdə vətəndaşlara xidmət, eyni zamanda digər yerli məsələlərin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.
Daha sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ona göstərilən etimada görə təşəkkür edib.
***
Təhsil nazirinin müavini İdris İsayev Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin də təqdimat mərasimində iştirak edib.
Təqdimat mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları və media nümayəndələri də iştirak ediblər.
Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovu təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Elxan Nəcəfovu təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar diləyib.
Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov kollektivə təqdim olunub.
Daha sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran şəhər, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayon təhsil şöbələrinin əsasında yaradılıb.
***
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin də təqdimat mərasimi keçirilib.
İdarənin yeni təyin olunmuş müdiri Arslan Hacıyevi təhsil nazirinin müavini Muxtar Məmmədov kollektivə təqdim edib.
Muxtar Məmmədov yeni yaranan regional təhsil idarələrinin sayəsində bölgələrdə fərqli və yeni formatda təhsilin təşkilində, məktəbəqədər təhsil müəssisələrində aparılacaq işlərdə, vətəndaşlarla düzgün kommunikasiyanın qurulmasında, problemlərin qısa müddətdə həll olunmasında, təhsilin davamlılığının təmin olunmasında ciddi irəliləyişlərə nail olunacağını qeyd edib.
Çıxış edən Arslan Hacıyev ona göstərilən yüksək etimada görə təşəkkür edib və təhsilin keyfiyyətinin artırılması, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çalışacağına söz verib.
***
Təhsil nazirinin müavini Muxtar Məmmədov daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin təqdimat mərasimində iştirak edib.
Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, yeni idarəçilik sisteminə keçiddə məqsəd təhsil sahəsində səmərəliliyin artırılması, təhsilin dövlət standartlarına uyğun həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə nəticələri daha yüksək etməkdir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında yeni təyin olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirini təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev kollektivə təqdim olunub.
***
Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli mayın 4-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdirini kollektivə təqdim edib.
Təqdimatda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşları iştirak ediblər.
Həsən Həsənli yeni təyin olunmuş müdir Elçin Kərimovu təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov öz növbəsində təşəkkürünü ifadə edib.
***
Aparat rəhbəri Həsən Həsənli daha sonra Qarabağ Regional Təhsil İdarəsinin müdirinin təqdimat mərasimində iştirak edib.
Təqdimatda Bərdə Şəhər İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İcra başçısı Vidadi İsayev Bərdə təhsilinin uğurlarından danışıb.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov kollektivə təqdim olunub.
Çıxış edən Aparat rəhbəri Həsən Həsənli Regional Təhsil İdarələrinin əhəmiyyətindən danışıb. Regional Təhsil İdarəsinin müdirini təbrik edərək, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Qarabağ Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüləcək işlərdən danışıb.
Tədbirin sonunda Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon (şəhər) təhsil şöbə və idarələrin əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
***
Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin edilmiş Bəhruz Mehdiyevin də təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək Bəhruz Mehdiyevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında yaradılıb.
***
Aparat rəhbərinin müavini Fərzəli Qədirov həmçinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir əvəzinin də təqdimat mərasimində iştirak edib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, regional təhsil idarəsinə daxil olan 4 rayonun təhsil şöbə əməkdaşları, məktəb direktorları, bağça müdirləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən aparat rəhbərinin müavini Fərzəli Qədirov regional təhsil idarə müdirlərinin qarşısında qoyulan tələbləri diqqətə çatdırıb və uğurlar arzulayıb.
Daha sonra regional idarənin müdir vəzifəsi həvalə olunan Rövşən Əliyev çıxış edərək etimada görə təşəkkür edib.
Sonda İcra Başçısı Tahir Məmmədov çıxış edərək hər zaman regional idarəyə dəstək olacağını bildirib və uğurlar arzulayıb.
***
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinin təqdimat mərasimində iştirak edib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, regional təhsil idarəsinə daxil olan bölgələrin təhsil işçiləri iştirak ediblər.
Çıxış edən İcra başçısı Siraqəddin Cabbarov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevi kollektivə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov da öz növbəsində Rəşad Musayevi təbrik edərək, ona uğurlar arzulayıb.
Çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ona göstərilən etimada görə təşəkkür edib.
Tehsil-press.az