Rusiya Prezidenti Vladimir Putin hərbi paraddakı çıxışında Ukraynada işğalçı müharibəni növbəti dəfə əsaslandırmağa çalışıb.
Politoloq Elxan Şahinoğlu Rusiya liderinin arqumentlərinin inandırıcı olmadığını vurğulayıb.
“Birincisi, Kreml sahibi deyib ki, əgər Rusiya “xüsusi əməliyyata” başlamasaydı, NATO Donbas və Krımda hücum əməliyyatına başlayacaqdı. Putin çıxışının bu hissəsində Krımı tarixi Rusiya torpağı adlandırmağı da unutmayıb. Kreml sahibi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşdığını bildirib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra NATO Rusiya sərhədlərindən çoxmu uzaqlaşıb? Baltik ölkələrinin hamısının Rusiya ilə sərhədi var və hər biri NATO-nun üzvüdür. Putin gərək eyni məntiqlə Ukraydanan sonra Baltik ölkələrinə qarşı da işğalçı müharibəyə başlasın. Və ya Kreml NATO üzvülüyünü düşünən Finlyandiyanı da hədələməyə başlayıb.
İkincisi, Putin Ukrayna uğrunda savaşanları həmişəki kimi “nasistlər” və “banderaçılar” kimi qiymətləndirib. Kreml sahibi Rusiyanın Ukraynada apardığı müharibəni “məcburi əməliyyat” kimi qiymətləndirərək, onun başqa yolu qalmadığını vurğulayıb. Başqa sözlə Rusiya Ukraynanı dağıtmalı, minlərlə insanı öldürməli və beynəlxalq aləmlə münasibətləri gərginləşdirəməliydi, “nasistlər” və “banderaçılar” ölkələrinin ərazi bütövlüklərini təmin edə bilməsinlər. Bu, Putinin məntiqidir. Putin çıxşının bu hissəsində 2014-ci ildə Odessanın “Həmkarlar binasında” yanğında ölən tərəfdarlarını bir daha xatırlayıb. 8 il əvvəl Odessada Rusiya tərəfdarları millətçilərlə toqquşmuş və nəticədə binada yanğın baş vermiş, ölənlər olmuşdu. Putin Ukraynada işğalçı müharəbəyə başlamaqla Odessada ölənlərin intiqamını da özünəməxsus şəkildi almağa çalışır. Bu “intiqam” minlərlə günahsız insanın qətlə yetirilməsi, şəhərlərin bombalanmasıyla müşahidə olunur.
Üçüncüsü, Putin Qərbi tənqid edərkən, vaxtilə beynəlxalq terrorçuların Rusiya ərazisində fəaliyyətlərini də xatırlayıb: “Beynəlxalq terrorçular Rusiya zəiflətmək, dinlər və millətlər arasında nifaq salmaq istəyirdilər. Heç nə alınmadı. Bu gün Rusiyada yaşayan müxtəlif millətlərin nümayəndəsi çiyin-çiyinə Ukraynada nasistlərə qarşı savaşırlar”. Putin “beynəlxalq terrorçuların Rusiya əraizisindəki fəaliyyətlərindən” danışarkən heç şübhəsiz 1990-cı illərdə iki Çeçenistan müharibəsini nəzərdə tutub. Kreml sahibi “müxtəlif millətlər çiyin-çiyinə Rusiya uğrunda savaşırlar” dedikdə yenə çeçenləri nəzərdə tutub. Putin demək istəyib ki, çeçenlər 1990-cı illərdən fərqli olaraq bu dəfə Rusiyanın maraqları uğrunda savaşırlar. Əslində isə Putinin özü Ukraynada işğalçı müharibədə müxtəlif millətləri üz-üzə qoyub.
Dördüncüsü, Putin İkinci Dünya müharibəsində nasizmə qarşı savaşan müxtəlif millətlərin xatirəsini andığını bildirərkən, belə bir cümlə də işlədib: “Biz Çin partizanlarının xatirəsini də anırıq”. Putinin “Çin partizanları” haqqında cümləsi keçmiş nitqlərində qeydə alınmayıb. Böyük ehtimalla Putin bu cümləsiylə vaxtilə Çin ərazisini işğal edən və İkinci Dünya müharibəsinin digər məğlub ölkəsi olan Yaponiyanın ünvanına daş atıb. Uzun illər Moskva ilə nəticəsiz danışıqlar aparan Tokio Rusiyanın Yaponiyaya məxsus Kuril adalarını geri qaytarmayacağını anlamaqla yanaşı, Ukrayna məsələsində Qərb qədər prinsipial mövqe ortaya qoyub. Bu da Kremlin xoşuna gəlmədiyinə görə Putin qəfil “çinli partizanları” xatırlayıb”, - politoloq qeyd edib.
Tehsil-press.az