Atırau Dövlət Universitetinin tələbələrinə ümummilli lider Heydər Əliyev adına təqaüd təqdim olunub

Atırau Dövlət Universitetinin tələbələrinə ümummilli lider Heydər Əliyev adına təqaüd təqdim olunub Azərbaycanın Aktaudakı baş konsulluğu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti və Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyəti ilə birgə tədbir keçirib.
tədbirdə ali təhsil ocağının müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan diasporunun fəalları, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Tələblərə dərslərində uğurlar arzulayan Baş Konsulluğun rəhbəri Elmar Məmmədov ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən söhbət açıb.
Baş konsulluq və universitet arasında mövcud olan münasibətlər barədə danışan prorektor Asxar Çuxurov X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə baş konsulluq tərəfindən ulu öndər Heydər Əliyevin adına birdəfəlik təqaüdlərin verilməsini yüksək qiymətləndirərək, bu hadisənin təqaüd almış hər bir tələbənin həyatında önəmli nailiyyət olduğunu bildirib.
Qeyd edək ki, 2011-ci ildən başlayaraq X.Dosmuxamedova adına Atırau Dövlət Universitetinin 5 tələbəsinə birdəfəlik illik "Heydər Əliyev adına təqaüd", həmçinin Fərqlənmə Sertifikatı təqdim olunur.

Tehsil-press.az


Oxşar xəbərlər