Ulu Öndər ömrünü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığına həsr edib

Ulu Öndər ömrünü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığına həsr edib Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx göstərilib.
BXA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rafik Sadıxov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin inkişafı üçün gördüyü işlərdən söz açıblar. Bildirilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev bütün ömrünü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığına həsr edib. Ulu Öndər Azərbaycan xalqının yaddaşında dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən lider kimi qalıb.
Sonra BXA-nın müəllim və tələbələri Ümummilli Liderə həsr olunmuş şeirlər söyləyibər.
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev BXA-nın bir qrup müəllim və tələbəsinə təşəkkürnamə təqdim edib.
Tədbir çərçivəsində BXA-nın Kitabxana-informasiya mərkəzi tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi təşkil olunub.
Anım tədbirində BXA-nın rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, akademiyanın orta ixtisas təhsil pilləsinin direktoru Tahir Eynullayev və müəllim-tələbə heyəti iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər