Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub

Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub Azərbaycan İqtisad Universitetinin Dərbənd filialında Azərbaycan Dövlət Dram Teatrının artistləri tələbələrlə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyini qeyd ediblər.
Teatrın musiqi hissəsinin müdiri, Dağıstanın əməkdar artisti Sevda Bəybalayeva tədbiri açaraq, Heydər Əliyevin ömür yolundan danışıb.
Sonra söz teatrın bədii-dramaturgiya hissəsinin rəhbəri, Dərbənd şəhər azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Telman Tahirliyə verilib. T.Tahirli Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərovun salamlarını tədbir iştirakçılarına çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan ilə Dağıstan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətlərini qeyd edib.
“Dədə Qorqud” xeyriyyə fondunun sədri Rafiq Mövsümov da tədbirdə çıxış edib. O, Heydər Əliyevin həyat və fəaliyyətindən, Ulu Öndərin Azərbaycanın inkişafına və Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb.
Tədbirdə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaradıcı və Azərbaycan xalqının şəksiz lideri olduğu qeyd edilib.
Rəsmi çıxışlardan sonra teatrın artistlərinin ifasında konsert proqramı təqdim olunub.

Hikmət Əliyev


Oxşar xəbərlər