Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Türkiyənin İzmir şəhərində Ulu Öndərin adını daşıyan Peşə Təhsili Liseyində mərasim keçirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyev şəxsiyyətini şagirdlərə daha yaxından tanıtmaq məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən təşkil olunan inşa, şeir və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli, İzmir təhsil şöbəsinin müdiri Ömər Yaxşı, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin direktoru Mehmet Sıtkı Arı və başqaları çıxış ediblər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin inkişafı yolunda həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərindən danışan çıxışçılar diqqətə çatdırıblar ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda təhsilin inkişafına hər zaman xüsusi diqqət göstərib.
Vurğulanıb ki, Heydər Əliyev adına Peşə Təhsili Liseyində təhsil almaq böyük xoşbəxtlikdir. Burada oxuyan hər bir şagird yüksək təhsil almaqla yanaşı, hərəkət və davranışında nümunəvi olmalı, bütün məsələlərə vətənpərvərlik mövqeyindən yanaşmalıdır.
Mərasim şagirdlərin zəngin bədii proqramı ilə davam edib.
Sonra müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunub.
Sabir Şahtaxtı