Yaponiya bunların Rusiyaya satışını qadağan etdi - Siyahı

Yaponiya bunların Rusiyaya satışını qadağan etdi - Siyahı Yaponiya hökuməti Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirib. Siyahıya yüksək texnologiyalı avadanlıqlar, o cümlədən 3D printerlər və kvant hesablamaları üçün avadanlıq daxil edilib.
Qadağa hökumət tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.
Aşağıdakı məhsullar Rusiyaya satmaq qadağan olunacaq:
- kvant kompüterləri və digər oxşar qurğular, habelə onlar üçün ehtiyat hissələri;
- mikroskoplar;
- bunun üçün istifadə olunan modelləşdirmə avadanlığı (3D printerlər) və metal tozları;
- üzvi işıq diodlarının istehsalı üçün avadanlıq;
- mikroelektromexaniki sistemlərin istehsalı üçün avadanlıq;
- hidrogen yanacağının istehsalı üçün avadanlıq;
- vakuum nasosları;
- həddindən artıq aşağı temperatur üçün nəzərdə tutulmuş soyutma avadanlığı, eləcə də onun komponentləri;
- dəzgahlar üçün ədədi idarəetmə qurğuları.

Tehsil-press.az

Oxşar xəbərlər