Azərbaycanda koronavirusa görə tətbiq edilən karantin rejimi çərçivəsində evdə qalmağa məcbur olan şəxslərin vaxtını səmərəli keçirmək istəyi bir qrup şəxs üçün dələduzluq yolu ilə pul qazanmaq fürsəti yaradıb. Belə ki, bir çox vətəndaşın “PlayStation” avadanlıqlarını günlük icarəyə götürməsi bu sahənin inkişafına səbəb olub və icarəyə avadanlıq verənlərin sayı artıb.
Bir qrup şəxs isə avadanlıq sahiblərini müştəri adı ilə tora salıb. Şikayətçi Vüsalə Abdullayeva bildirib ki, karantinin ilk günlərində kreditə “PlayStation” avadanlığı götürərək günlük icarəyə verib: “Aprelin əvvəlində Rəşad Xəlilov adlı şəxsin adına olan nömrədən zəng edib avadanlığı 3 günlük icarəyə götürdülər. Üç gündən sonra Rəşad zəng edib dedi ki, guya nömrəni itiribmiş, indi tapıb. Avadanlığı isə məndən Röyal Seyfullayev adlı şəxs götürmüşdü. Mən bu barədə 22-ci Polis Bölməsinə şikayət etdim, işi Nəsimi Polis İdarəsinə tapşırdılar. Sonra məlum oldu ki, mənim kimi şikayətçilər çoxdur. Aldanan şəxslər və digər avadanlıq icarəyə verənlər toplaşıb bir votsap qrup yaratdıq. Bir müddət sonra Röyal qrupdan bir şəxsə zəng edib “PlayStation” icarəyə götürmək istədiyini dedi. Biz də polisə məlumat verdik və Röyal avadanlığı götürməyə gələndə polis onu tutdu. Onun üzərindən Rəşad Xəlilovun şəxsiyyət vəsiqəsi çıxdı. Onun yanında Mehdi adlı bir şəxs də var idi”.
V.Abdullayeva iddia edib ki, polis sonradan R.Seyfullayevi sərbəst buraxıb: “Müstəntiq Nizami Omarov bizə dedi ki, bölmədə Röyalı döyüblər deyə atası şikayət edəcəkdi, ona görə buraxdıq. Dedilər Röyal bizə dəyən ziyanı ödəyəcək. Amma elə o vaxtdan Röyal da, Rəşad da yoxa çıxıb. İndi də polis deyir ki, tapa bilmirik. 20-yə yaxın zərərçəkən var. Bəzilərindən 2-3 avadanlıq götürüblər. Bir avadanlığın qiyməti yüklənmiş oyunlarla birgə 1500 manata yaxındır. İndi iş müstəntiq Elşən Mustafayevin icraatındadır. 102 xidmətinə də, nazir Vilayət Eyvazova da müraciət etmişik. Röyalgil daha sonra günlük ev kirayə verən bir tanışın evini bir günlük icarəyə götürüblər. Həmin evə də “PlayStatsion” sifariş ediblər və çıxıb gediblər. İndi də ev sahibi çətin vəziyyətdə qalıb”.
V.Abdullayevanın sözlərinə görə, Rəşad Xəlilov Bakıdakı məşhur “Mojo Club”da administrator, Röyal Seyfullayev isə DJ işləyib.
Tehsil-press.az