Azərbaycan Dillər Universiteti (ADU) 2021-2022–ci tədris ili ərzində nəzərdə tutulan növbəti “Erasmus+” mübadilə proqramını Fransanın Ruan Universiteti ilə reallaşdırıb.
Mübadilə universitetin üç əməkdaşının iştirakı ilə həyata keçirilib. Onlar Ruan Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsinin nəzdində Dil və ünsiyyət departamentində müxtəlif qruplarda tədris proqramına uyğun fənləri tədris ediblər. ADU-nun əməkdaşları, həmçinin universitetdə tədrisin təşkili, struktur fəaliyyət prinsipləri ilə tanış olublar.
Qeyd edək ki, “Erasmus+” proqramı əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. “Erasmus+” proqramı ilə xarici ölkələrdə təhsil almaqla tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavr, magistr pillələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.
Tehsil-press.az