BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Berlin Humboltd Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.
Sənədi BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Berlin Humboldt Universitetinin Erasmus layihə koordinatoru İohann Komolle imzalayıblar.
Müqavilə çərçivəsində bakalavr, magistrant, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1810-cu ildə qoyulmuş Berlin Humbolt Universiteti Almaniyanın nüfuzlu universitetlərindən biridir. Universitetdə 9 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Berlin Humbolt Universiteti QS WUR reytinqində 128-ci pillədədir.

Tehsil-press.az


Oxşar xəbərlər