Beynəlxalq əlaqələrin genişləndirilməsini və mübadilə proqramlarında iştirakı daim diqqət mərkəzində saxlayan Azərbaycan Universiteti “Mövlanə” və Erasmus” mübadilə proqramları çərçivəsində əməkdaşlıq etdiyi universitetlərin şəbəkəsini genişləndirir. Son olaraq Türkiyənin Kırklareli Universiteti ilə akademik əməkdaşlıq və mübadiləyə dair razılaşma protokou imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Kırklareli Universitetinin rektoru prof. Bülent Şengörür imzalayıb.
Sənəd Azərbaycan Universitetinin tələbələrinə Türkiyənin daha bir ali təhsil müəssisəsində “Mövlanə” və Erasmus” mübadilə proqramları çərçivəsində bir yaxud iki semestr təhsil almaq imkanı yaradır. Azərbaycan Universitetinin müəllimləri də qeyd olunmuş universitetdə tədris prosesində iştirak edə biləcəklər. Eyni zamanda, Kırklareli Universitetinin tələbə və müəllimləri də bu proqramlar çərçivəsində Azərbaycan Universitetində təhsil almaq və tədris prosesində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, “Mövlanə” Mübadilə Proqramı Türkiyənin ali təhsil qurumları ilə dünyanın digər ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirir. “Erasmus+” mübadilə proqramı isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Hər iki proqramla bağlı əlaqələndiricilik məsələləri Universitetin Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi