Azərbaycan Dillər Universiteti Fransanın Ruan Universiteti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dillər Universiteti Fransanın Ruan Universiteti ilə əməkdaşlığı genişləndirir “Erasmus+” mübadilə proqramı çərçivəsində Fransanın Ruan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Camille Bruni Azərbaycan Dillər Universitetində (ADU) olub.
Görüşdə Camille Bruni öz universiteti və rəhbərlik etdiyi şöbə haqqında geniş məlumat verib, o cümlədən iştirakçılara kataloq, buklet təqdim edib. Eyni zamanda, ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin işi ilə tanış olan qonaq universitetdə yerləşən müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətini yaxından izləyib. Bundan əlavə, ADU-nun kafedralarında keçirilən görüşlərdə müxtəlif mövzular üzrə müzakirələrdə, həmçinin Təhsil 2 fakültəsinin IV kurs tələbələrinin akademik oxu və yazının tədrisi dərsində iştirak edib.
Fransalı qonaqla görüşlərdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə olunub.
Səfər çərçivəsində qonağın Bakının tarixi yerlərinə gəzintisi də təşkil olunub.
Qeyd edək ki, Erasmus+ mübadilə proqramı çərçivəsində hazırda ADU-nun beş tələbəsi Ruan Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alır, üç müəllim və üç tələbənin isə təcrübə mübadiləsinə qoşulması nəzərdə tutulub.

Tehsil-press.az



Oxşar xəbərlər