“Erasmus+” beynəlxalq mübadilə proqramına qəbul başlanıb

“Erasmus+” beynəlxalq mübadilə proqramına qəbul başlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri (doktorant, magistr və bakalavr) Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində iştirak edə bilərlər.
Müəllimlər üçün mübadilə müddəti növbəti akademik tədris ili ərzində 1 həftə nəzərdə tutulub. Tələbələr üçün isə müddət növbəti akademik tədris ilinin payız və ya yaz semestri üçün olacaq.
“Erasmus+” beynəlxalq mübadilə proqramına müraciətlərin qəbulu iyunun 14-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər