Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlər keçirilib.
Qiyabi və əlavə təhsil mərkəzinin Qiyabi təhsil şöbəsinin Tələbə Elmi Cəmiyyəti və Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbir “Heydər Əliyev irsi: Azərbaycanda dövlətin sosial siyasətinin formalaşması xüsusiyyətləri” mövzusunda olub.
Tədbirdə çıxış edən mərkəzin rəhbəri Səbuhi Tanrıverdiyev ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə əhalinin sosial həyat şəraitinin yüksəldilməsi istiqamətində həyata keçirilən uğurlu iqtisadi siyasətdən söz açıb.
Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əli Əlirzayev isə Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, Heydər Əliyevin ölkədə sosial müdafiə siyasətinin formalaşması və həyata keçirilməsi istiqamətində atdığı mühüm addımlardan danışıb. Professor həmin dövrdə Milli Məclisdə sosial siyasət komissiyasındakı fəaliyyəti zamanı bu sahənin hüquqi əsasının formalaşdırılması ilə bağlı görülən işlər barədə də geniş məlumat verib.
Dəyirmi masada çıxış edən kafedranın müəllimi, Qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini dosent Təranə Kərimova, mərkəzin əlavə təhsil şöbəsinin müdiri dosent Emin Qəribli və professor-müəllim heyətinin digər üzvləri dahi şəxsiyyət Heydər Əliyevin sosial sahənin inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar, həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Türk dünyası iqtisad fakültəsində keçirilən tədbir isə “Azərbaycan və Türkiyə arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında Heydər Əliyevin böyük rolu” mövzusunda olub.
Tədbirdə dekan müavini Cavahirxanım Məmmədova Ulu Öndərin Azərbaycan tarixində və beynəlxalq arenada rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb.
Sonra birinci kurs tələbəsi Əli Həsənov Ulu Öndərin gənclər siyasəti barədə məruzə ilə çıxış edib.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.
Tehsil-press.az