Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” adlı onlayn dəyirmi masa keçirilib.
Tədbirdə fakültənin dekanı, professor Elxan Əzizov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, Ulu Öndərin birinci hakimiyyəti dövründə həyata keçirdiyi siyasət, Azərbaycanı dünya dövlətləri sırasında çıxarmaq yolunda etdiyi cəhdlər barədə geniş məlumat verib. E.Əzizov ümummilli lider Heydər Əliyevin dövlətçiliyin inkişafı üçün gördüyü işlərdən, dahi şəxsiyyətin hələ sağlığında dünya siyasətçiləri arasında böyük nüfuz qazanmasından danışıb.
Milli Məclisin deputatı, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı rolu, xalq və dövlət birliyini formalaşdıran dövlət xadimi kimi Azərbaycan tarixində mövqeyi, azərbaycançılıq və müstəqillik ideyalarının Ulu Öndər ətrafında formalaşmasının tarixi aspektləri, vətənpərvər nadir şəxsiyyətin siyasi fəaliyyətinin əsas istiqamətləri barədə geniş məlumat verib.
Dəyirmi masada professor Əsədulla Qurbanov, dosent Əsmətxanım Məmmədova, Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov çıxış edib. Natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin bərpası və müstəqil Azərbaycanın qurulmasında xidmətləri barədə danışıb, unudulmaz və xalqın daim böyük hörmət və ehtiramla yad etdiyi Heydər Əliyevin böyük siyasi fəaliyyəti, SSRİ dövründə də müttəfiq respublikaların liderləri arasında Öndər bir dövlət xadimi olmasını diqqətə çatdırıblar.
Tədbir tələbələrin çıxışları ilə yekunlaşıb.
Tehsil-press.az