Paytaxtdakı 295 nömrəli tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar maraqla qarşılanıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Dilarə Cəbrayılova dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb, Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşayacağını bildirib.
BŞTİ-nin müdiri Rəşad Tağıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.
İdarə müdiri ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyib, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.
Rəşad Tağıyev, həmçinin Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin dərinləşdirilməsinə zəmin yaratdığını bildirib.
YAP Respublika Qadınlar Şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, Milli Məclisin deputatı Sona Əliyeva və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin müxtəlif müsabiqələrdə qalib olmuş məktəb şagirdləri təltif olunublar.
Sonda Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

BŞTİ-nin Mətbuat Xidməti