BDU-da “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

BDU-da “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin təşkilatçılığı ilə onlayn tədbir keçirilib.
Tədbirdə Fəlsəfə kafedrasının dosenti Aygün Kərimova "Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər bir xalqın varlığı və milli kimliyinin qorunmasının onun mənəvi dəyərlərinə münasibəti ilə sıx bağlı olduğu, mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı qeyd olunub.
A.Kərimova Azərbaycan xalqının bir millət kimi formalaşmasında əsas amillərindən biri kimi zəngin mənəvi dəyərlər sisteminə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmizdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə professor Əziz Məmmədov, dosent Arif Tağıyev mövzu ətrafında çıxış edərək milli dövlətçilik dəyərlərinin zənginləşdirilməsi və inkişafı üçün sağlam cəmiyyətin formalaşmasında gənclərin rolundan bəhs ediblər.
Sonda Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər