Ulu Öndər bütün həyatını doğma xalqın xoşbəxtliyinə həsr edib

Ulu Öndər bütün həyatını doğma xalqın xoşbəxtliyinə həsr edib Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı vəzifəsini icra edən Tərlan Məlikov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fenomenal şəxsiyyəti, onun zəngin həyat yolu və fəaliyyəti, böyük xilaskarlıq rolu barədə danışıb.
T.Məlikov vurğulayıb ki, Ulu Öndər bütün həyatını doğma xalqın xoşbəxtliyinə həsr edib.
Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, dekan müavini Şahin Yusifli müdrik rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, dövlətçilik təcrübəsindən, əbədiyaşar ideyalarının əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, müstəqil ölkəmizdə qazanılan bütün nailiyyətlər Ulu Öndərin adı və fəaliyyəti ilə bağlıdır.
Sonra ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.
Çıxış edən tələbələr əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıblar.

Tehsil-press.az



Oxşar xəbərlər