ADU-da inklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat verilib

ADU-da inklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat verilib Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv təhsil mərkəzinin əməkdaşları tərəfindən bakalavriat və magistratura səviyyələrinin son kurs tələbələrinə “İnklüziv təhsilin təşkili” mövzusunda təlim keçirilib.
Təlimi müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla təltif olunublar.
Təlim “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərmək məqsədilə keçirilib.
Belə silsilə təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər