Bakı Slavyan Universitetində inklüziv təhsilə həsr olunan təlim başa çatıb

Bakı Slavyan Universitetində inklüziv təhsilə həsr olunan təlim başa çatıb Bakı Slavyan Universitetinin startap qrupu tərəfindən inklüziv təhsilə dəstək məqsədilə keçirilən “Təcrid olunmadan inklüziyaya doğru” adlı təlim uğurla başa çatıb.
İbtidai təhsil kafedrasının müəllimi Sevinc Qarayeva tələbələri “inklüziya” anlayışı, inklüziyanın tərkib hissələri və üstünlükləri ilə tanış edib. Qeyd olunub ki, təlimin məqsədi cəmiyyətin diqqətini maksimum dərəcədə inklüziv təhsil mövzusuna yönəltmək və dövlət tərəfindən müəyyən edilmiş inklüziv təhsilin genişləndirilməsinə dəstək olmaqdan ibarətdir.
Təlimlərdə “İnklüziv təhsil nədir?”, “Universal öyrənmə dizaynı” və “Uşaq və ailəyə dəstək planı” mövzularında müzakirələr aparılıb.
Sonda iştirakçılar arasında anket əsasında sorğu keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər