Paytaxt məktəblərində Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans, “dəyirmi masa”, görüş, şagirdlərin əl işlərindən ibarət sərgi və müsabiqələr təşkil edilib.
Eyni zamanda, “ASAN xidmət”, “ASAN” Radio, Avropa İttifaqı, UNICEF və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Beynəlxalq Əlillər Günü münasibətilə inklüziv siniflərdə çəkilişlər aparılıb, videoçarx hazırlanıb.
Tədbirlərin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud insanlara dəstək göstərmək, bu kateqoriyadan olanların hüquqlarını qorumaq və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.
Tədbirlərdə hər il Beynəlxalq Əlillər Gününün qeyd edildiyi, dünyada milyonlarla sağlamlıq imkanı məhdud insanın yaşadığı və onlara xüsusi qayğı göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.
Fiziki məhdudiyyətli vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, onların tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün tədbirlərin həyata keçirildiyi vurğulanıb. Sağlamlıq imkanları məhdud insanların hüquqlarının müvafiq qanunvericilik aktları ilə qorunduğu bildirilib. Həmçinin qeyd olunub ki, belə insanların arasında uşaqlar da var. Onların hər birinə qayğı ilə yanaşılır, təhsilə cəlb olunmaları üçün mühüm işlər görülür.
Eyni zamanda, inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən bəhs olunub. Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagirdin inklüziv təhsil aldığı nəzərə çatdırılıb. Bildirilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ı sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət edir.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeir söyləyib, mahnı oxuyublar.
Tehsil-press.az