“Üçtərəfli sazişlərin həyata keçirilməsi zəruridir” - Aİ

“Üçtərəfli sazişlərin həyata keçirilməsi zəruridir” - Aİ “2020 və 2021-ci illərdə Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir”.
Bunu erməni mediasına müsahibəsinə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
“Aİ həmişə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. İcazə verin, aydınlaşdırım: 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir. Avropa İttifaqı da öz növbəsində qonşuluğumuzda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək vermək səylərimiz yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlib və biz eyni məqsəd güdən istənilən digər iştirakçı ilə əməkdaşlıq etməkdən məmnunuq”, - Klaar bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər