“Moskva Bakı ilə İrəvanın münasibətlərinin normallaşmasına töhfə verib” - Rusiya XİN

“Moskva Bakı ilə İrəvanın münasibətlərinin normallaşmasına töhfə verib” - Rusiya XİN “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin əsas xarici siyasət nəticələri ilə bağlı icmalında qeyd edilib.
“O cümlədən, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib.
Dekabrın 10-da Moskvada “3+3” formatında Məşvərət Regional Platformasının (Üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib”, - Rusiya XİN-nin məlumatında bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər