Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayının 19-da Bakıya səfər edəcək.
İki günlük səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək. Danışıqlar Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və əməkdaşlıq mövzularını əhatə edəcək.
Qeyd edək ki, bu T.Klaarın Bakıya ikinci səfəridir.O ilk səfərini ötən ilin dekabr ayında etmişdi.
T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər