Qızıma kirayə ev axtarırıq, bizim imkanımız olsaydı... — Fərqanə Qasımova

Qızıma kirayə ev axtarırıq, bizim imkanımız olsaydı... — Fərqanə Qasımova “Alim müəllim düz deyib, dostunundur. Belə yalan xəbərləri yaymağa sizlər vasitəçi olmayın. Ayıbdır o boyda insandan. Siz onun sənətindən, verdiyi həyat mücadiləsindən, sənəti üçün nələri fəda verdiyindən danışın, etdiyi xeyirxahlıqlardan danışın. Alim müəllim sənətindən qazandığı pulları kasıb insanlara köməklik edib həmişə”.

Bunu açıqlamasında Əməkdar artist Fərqanə Qasımova deyib. O bildirib ki, Alim müəllim 10 milyonluq evdə yaşamalıdır, çünki o, Azərbaycanın muğam səfiridir:

“Qızım ailə qurur, onlara kirayə ev axtarırıq. Belə imkanımız olsaydı, kirayə niyə axtarırıq? Bu bir. İkincisi də, dünənki oxuyanların bağı, bağçası, villası var. 70 yaşlı sənətkarların nəyi var, nəyi yox, onları maraqlandırmasın. Türk oxuyanların şəxsi təyyarələri var. Mən hər dəfə namazda dua edəndə bu xəbərləri yayanlara qarğış tökürəm. Kim mənim, atamın haqqında yalan şeylər yayırsa, Allahın bəlasına gəlsin. Kimə daş atırsınız atın, bizim ailəyə daş atmayın.

Dövlət başçımız, dəyərli Prezidentimiz və muğama xüsusi dəyər verən hörmətli Mehriban xanım hər zaman Alim müəllimin hörmətini əziz tutublar”.

Tehsil-press.az

Oxşar xəbərlər