Ermənistanda yeni baş nazir seçiləcək

Ermənistanda yeni baş nazir seçiləcək Ermənistan parlamenti mayın 1-də ölkənin yeni baş nazirini seçəcək.
Məsələ qanunverici orqanın xüsusi iclasında müzakirəyə çıxarılacaq.
Baş nazir vəzifəsinə yeganə namizəd Nikol Paşinyandır. Onun namizədliyi müxalif “Yelk” partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Paşinyan ölkədə aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edir.

Tehsil-press.az

Oxşar xəbərlər