Hindistanın Bakıdakı səfirliyi ADU-da mədəniyyət proqramı təşkil edib

Hindistanın Bakıdakı səfirliyi ADU-da mədəniyyət proqramı təşkil edib Hindistanın Bakıdakı səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi ilə mayın 31-də ADU-da Bollivud Rəqsləri və Mahnıları mövzusunda mədəniyyət proqramı təşkil edib.
Azərbaycanlı müğənni və rəqqasların heyrətamiz çıxışları hamının, o cümlədən universitet tələbələrinin zövqünü oxşayıb.
Açılış nitqi ilə çıxış edən Hindistan səfiri B. Vanlalvavna ADU-ya göstərdiyi dəstəyə görə və bütün sənətçilərə gözəl çıxışlarına görə təşəkkür edib.
Tədbirdə ADU-nun prorektoru cənab Novruz Məmmədov, ADU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri cənab Anar Rəhimov və universitetin digər rəsmiləri iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər